EN

Tramp danışıqların pozulması halında İrana qarşı blokadanı davam etdirməyə hazırdır

BAKI, 1 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların mümkün sona çatması ilə bağlı heç bir problem görmür və mövcud blokadanı lazım olduğu qədər saxlamağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "X"-də NBC News jurnalisti Qarret Heyk yazıb.

Jurnalist yazıb: "Prezident Tramp mənə İrandan ABŞ ilə danışıqların dayandırılması ilə bağlı heç bir məlumat eşitmədiyini dedi, amma əgər bu doğrudursa, onun üçün problem deyil".

Trampın sözlərinə görə, bu, hərbi əməliyyatların yenidən başlaması demək deyil.

"Bu, o demək deyil ki, biz gedib hər yerə bomba atmağa başlayacağıq. Biz sadəcə susacağıq. Biz blokadanı davam etdirəcəyik. Blokada polad divardır", - deyə Heyk Amerika liderinin sözlərini sitat gətirir.

Tehranın qərarını gözləməyə hazır olub-olmadığı soruşulduqda, Tramp istədikləri qədər gözləyə biləcəyini söyləyib: "Onlar çoxlu pul itirirlər".

Chosen
36
teleqraf.com

1Sources