Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müğənni Lətifə ilk dəfə Xankəndidə keçirilən möhtəşəm Çay və Qəhvə Festivalına dəvət alıb.
Axşam.az xəbər verir ki, sənətçi festival çərçivəsində konsert verib.
Təəssüratlarını bölüşən Lətifə “Orada çıxış etmək mənim üçün böyük qürur və şərəf idi.
Bu gözəl gündə musiqimizi sevgi ilə qarşılayan, bizimlə birlikdə bu duyğuları yaşayan tamaşaçılarla görüşmək unudulmaz anlar bəxş etdi. Xankəndinin gözəl ab-havasında sizinlə bir arada olmaq mənim üçün xüsusi xoşbəxtlik idi.
Tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və əməyi keçən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Hər detalda peşəkarlıq, qonaqpərvərlik və Azərbaycan ruhu hiss olunurdu. Bu gözəl günün və bu möhtəşəm tədbirin bir hissəsi olmaqdan qürur duyuram” sözlərini deyib.
View this post on Instagram
A post shared by Axşam.az (@axsamaz)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.