"Fənərbaxça" ulduz futbolçusu ilə yollarını ayırır. Metbuat.az xəbər verir ki, bu iddia ilə Braziliya mediası çıxış edib. Xarici KİV braziliyalı Fredin İstanbul klubunu tərk etmək istədiyini yazıb. Xəbərdə braziliyalı futbolçunun ölkəsinin köklü klublarından olan "Atletiko Mineiro" ilə anlaşdığı qeyd olunub. Məlumata görə, Fred "Atletiko Mineiro"nun yerləşdiyi Horizento şəhərində özünə dəbdəbəli ev alıb. Qeyd edək ki, Fred bu mövsüm "Fənərbaxça" forması ilə 45 oyuna çıxıb. O, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.