EN

Millimiz Dünya Kubokuna qələbə ilə start verib

Millimiz Dünya Kubokuna qələbə ilə start verib 

Fanat.Az xəbər verir ki, 1 iyun 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk qrup oyununa çıxıb.

Qızlarımız ilk qrup oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimizin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland millisinə qarşı olacaq.

Chosen
19
fanat.az

1Sources