EN

44 günlük müharibənin “qəhrəman naziri” danışdı

Ermənistanın 44 günlük müharibə dövründə müdafiə naziri olmuş David Tonoyan ölkə ordusunun xarabalıq vəziyyətində olması ilə bağlı hakimiyyətin ittihamlarına münasibət bildirib.

Musavat.com xəbər verir ki, məhkəmə iclasından sonra jurnalistlərin suallarını cavablandıran Tonoyan ordunu bu cür ifadələrlə xarakterizə edə bilməyəcəyini deyib.

Keçmiş nazir bildirib ki, onun vəzifədə olduğu dövrdə təhsil alan, hazırlıq və yenidənhazırlanma kursları keçən hərbçilər arasında bu gün general rütbəsi daşıyan şəxslər də var.

“Bəs bu gün general rütbəsi alan və mənim vəzifədə olduğum dövrdə təhsil almış, hazırlıq keçmiş hərbçilər də ‘xarabalıqdır’? Ölümün üzərinə getməyə cəsarət göstərən gəncləri necə ‘xarabalıq’ adlandıra bilərəm?” – deyə Tonoyan vurğulayıb.

 

Musavat.com

Chosen
58
musavat.com

1Sources