EN

Məşqçi-instruktor Azərbaycan yığmasının üzvləri ilə görüşdü

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-instruktoru, professor Cengiz Akarçeşme Azərbaycanın qız voleybolçulardan ibarət U-14 yığmasının qonağı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Komandanın məşq prosesini izləyən mütəxəssis voleybolçularla söhbət edib və onlara tövsiyələrini verib.

Chosen
105
sportinfo.az

1Sources