EN

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən xəbər verir ki, zəlzələnin episentri təxminən 219 min nəfərin yaşadığı Messina şəhərindən 144 kilometr şimalda yerləşib.

Yeraltı təkanların ocağı 25 kilometr dərinlikdə olub. Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
90
5
apa.az

10Sources