EN

Qazaxıstan İrana görə HƏRƏKƏTƏ KEÇDİ - Tokayevdən GÖZLƏNİLMƏZ ADDIM

Qazaxıstan İranın nüvə proqramı məsələsində texniki yardım göstərməyə, həmçinin yüksək dərəcədə zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Yerlan Jetıbayev məlumat verib.

"Qazaxıstan da daxil olmaqla bir sıra ölkələr, bütün maraqlı tərəflər arasında müvafiq beynəlxalq razılaşmaların əldə olunması və məsələnin praktiki müstəviyə keçməsi şərti ilə, xoş məram nümayiş etdirərək texniki yardım göstərməyə hazır olduqlarını bildiriblər", - deyə Y.Jetıbayev İran uranının mümkün yerləşdirilməsini şərh edərkən jurnalistlərə bildirib.

O qeyd edib ki, Qazaxıstan İranın nüvə proqramı üzrə çoxtərəfli razılaşmaların gedişatını diqqətlə izləyir.

XİN rəsmisinin sözlərinə görə, MAQATE rəhbəri daha əvvəl Qazaxıstanda fəaliyyət göstərən və agentliyə məxsus olan aşağı dərəcədə zənginləşdirilmiş uran bankına diqqət çəkib. Bu bank dinc məqsədli nüvə proqramları üçün zəmanətli yanacaq tədarükünü təmin etməklə, nüvə silahlarının yayılmaması sistemində mühüm rol oynayır.

Xatırladaq ki, bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi "Financial Times" qəzetinə verdiyi müsahibədə Vaşinqton ilə Tehran arasında razılaşma əldə olunacağı təqdirdə, Qazaxıstanın İranın uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu bəyan etdiyini bildirib. Qrossinin sözlərinə görə, o, bu məsələni Astanaya səfəri zamanı prezident Kasım-Jomart Tokayevlə müzakirə edib.

Musavat.com

Chosen
73
musavat.com

1Sources