EN

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
 
Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
 
 
Chosen
24
12
moderator.az

10Sources