EN

Reuters: OPEC+ iyulda neft hasilatı üzrə hədəf göstəricini artırmağı planlaşdırır

“Reuters” agentliyinin üç mənbəyə istinadən verdiyi məlumata görə, OPEC+ ölkələrinin yeddisi iyul ayında neft hasilatı üzrə hədəf göstəricini gündəlik 188 min barel artırmağı müzakirə edir. Bu artım iyun ayı üçün müəyyən edilmiş maksimum hasilat səviyyəsinə uyğundur.

Məsələ iyulun 7-də keçiriləcək iclasda müzakirə olunacaq, lakin yekun qərar hələ qəbul edilməyib.

Agentlik qeyd edir ki, apreldən iyunadək OPEC+ alyansının yeddi əsas üzvü, o cümlədən Rusiya, neft hasilatı kvotalarını ümumilikdə gündəlik təxminən 600 min barel artırıb. Bununla belə, Fars körfəzi ölkələrinin ixracı kəskin azaltması səbəbindən neft hasilatı fevralda gündəlik 42,77 milyon bareldən apreldə 33,19 milyon barelə enib.

2026-cı ilin aprel ayında OPEC ölkələrinin neft hasilatı gündəlik 20,55 milyon barel təşkil edib. Bu göstərici son 36 ilin ən aşağı səviyyəsi olub.

Mayın əvvəlində isə BƏƏ alyansı tərk edib. Ölkə təşkilatda neft hasilatının həcminə görə üçüncü yeri tuturdu.

Chosen
28
banker.az

1Sources