EN

Magistraturaya üçüncü şans imtahanı çətin olacaq? - PROQNOZ

Yaxın günlərdə magistraturaya qəbul üzrə üçüncü şans imtahanı keçiriləcək. Bu imtahan ikinci imtahan zamanı əlverişsiz hava şəraiti səbəbindən iştirak edə bilməyən və ya gecikən namizədlər üçün əlavə imkan yaratmaq məqsədilə təşkil olunur.

Əvvəlki imtahanların nəticələrinə əsasən, birinci imtahanın suallarının nisbətən çətin, ikinci imtahanın isə orta səviyyədə olduğu qeyd edilmişdi.

Bəs üçüncü imtahandan gözləntilər nələrdir?

AzEdu.az-a açıqlama verən məntiq müəllimi Rəşadət Şərifov bildirib ki, imtahan orta səviyyədə olacaq və heç bir süni çətinləşdirmə gözlənilmir:

“Bu üçüncü imtahan əslində yeni bir mərhələ deyil. İkinci imtahan zamanı havanın əlverişsiz olması səbəbindən imtahana gedə bilməyən və ya gecikən namizədlərə yenidən bərabər şans yaratmaq üçün təşkil olunur. Yəni, ikinci imtahanın bir növ təkrarıdır.

Sualların çətinlik səviyyəsinə gəlincə, birinci imtahan nisbətən çətin, ikinci isə orta səviyyədə olmuşdu. Bu imtahan da birbaşa ikinci imtahanın əvəzi kimi keçirildiyi üçün sualların səviyyəsinin eyni, yəni orta səviyyədə olacağını düşünürəm. Heç bir süni çətinləşdirmə gözlənilmir”.

Müəllim iştirakçılara bir neçə sadə tövsiyə də verib:

"Bu imtahana əlavə problem kimi deyil, yeni bir şans kimi baxmaq lazımdır. İkinci imtahanda yer alan mövzulara və sual tiplərinə bənzər tapşırıqların düşəcəyi gözlənilir.

Əvvəlki iki imtahanı analiz edin. Hər iki imtahanda istifadə olunan suallara mütləq baxın. Sualların məzmunu barədə təsəvvür formalaşdırmaq növbəti imtahanda işinizi xeyli asanlaşdıracaq.

Vaxtı düzgün bölün. Bilmədiyiniz və ya sizi çox vaxt aparan suallar üzərində israr etməyin, onları sona saxlayın. Qalan qısa müddətdə yeni mövzular öyrənməyə çalışmaq yorucu ola bilər. Daha məqsədəuyğunu bildiyiniz mövzuları təkrar etməkdir.

“Bu, qaçırılmış şansı bərpa etmək üçün yaxşı fürsətdir. Soyuqqanlı olun, özünüzə güvənin”.

Chosen
17
azedu.az

1Sources