EN

Aşağı liqaya düşən futbolçu üçün sərvət istədilər

“Arsenal” və “Mançester Yunayted” “Vest Hem Yunayted”in futbolçusu Mateus Fernandesin transferində maraqlıdır. Metbuat.az xəbər verir ki, “Vest Hem Yunayted” klubunun Premyer Liqadan düşməsindən sonra portuqaliyalı yarımmüdafiəçi Mateus Fernandesin transferə çıxarılacağı irəli sürülür. Klubun maliyyə balansını düzəltmək üçün əsas oyunçulardan biri olan Fernandes üçün təxminən 80 milyon funt qiymət müəyyən edilib.

Məlumata görə, hər iki klub gənc və perspektivli yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqları sürətləndirib. Futbolçunun özü ilə bağlı qərarın yaxın həftələrdə verilməsi gözlənilir.

Chosen
42
metbuat.az

1Sources