EN

Süni intellekt qaz tələbatının artımını sürətləndirə bilər

 

Süni intellekt və məlumat emalı mərkəzlərinin (data center) sürətli inkişafı qlobal qaz tələbatının artım tempini gözləniləndən daha yüksək səviyyəyə qaldıra bilər. Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Nəcəfin sözlərinə görə, hazırda qaz tələbatının gələcək artımını dəqiq proqnozlaşdırmaq çətindir, çünki süni intellekt texnologiyalarının enerji istehlakına təsiri hələ tam qiymətləndirilməyib.

“MÉ™n hesab edirÉ™m ki, qaz tÉ™lÉ™batının artımı ildÉ™ 1%-dÉ™n çox olacaq. Süni intellekt hÉ™yatın bütün sahÉ™lÉ™rinÉ™ nüfuz edÉ™cÉ™k vÉ™ bu, daha çox hesablama gücü, nÉ™ticÉ™dÉ™ isÉ™ daha çox enerji tÉ™lÉ™bi demÉ™kdir”, - NÉ™cÉ™f bildirib.

O qeyd edib ki, enerji sektoru qarşıdakı illərdə baz yükünün təmin edilməsi ilə bağlı çağırışlarla üzləşəcək və atom energetikasının inkişafı ilə bağlı qəbul olunacaq qərarlar qaz bazarına da təsir göstərəcək.

“Bu artım hÉ™tta 2%-dÉ™n dÉ™ yüksÉ™k ola bilÉ™r. Çox ÅŸey növbÉ™ti beÅŸ-altı ildÉ™ qÉ™bul edilÉ™cÉ™k siyasi qÉ™rarlardan asılı olacaq”, - SOCAR rÉ™hbÉ™ri deyib.

Nəcəf əlavə edib ki, neft-qaz sənayesi uzun illərdir kifayət qədər investisiya cəlb etmir və artan tələbat fonunda bu məsələnin həlli vacib olaraq qalır.

N.Tebrizli

Chosen
19
anews.az

1Sources