EN

"Arsenal" mövsüm öncəsi heyətini gücləndirir

"Arsenal" yay transfer pəncərəsində ən azı üç futbolçu transfer etmək istəyir.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbəyə görə, London klubu heyətinə yüksək səviyyəli vinger, yarımmüdafiəçi və sağ cinah müdafiəçisi qatmağı planlaşdırır. Bildirilir ki, "topçular" daha çox futbolçu da transfer edə bilər, lakin bu, komandadan ayrılacaq oyunçulardan da asılı olacaq.

Baş məşqçi Mikel Arteta rəhbərliyində "Arsenal" ötən mövsüm Premier League çempionu olub. Komanda həmçinin UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, həlledici oyunda PSJ klubuna penaltilər seriyasında uduzub - 1:1, penaltilər 3:4.

Daha əvvəl isə "Arsenal"ın "Mançester Yunayted" ilə birlikdə Rafael Leao uğrunda mübarizə apardığı bildirilmişdi.

Chosen
11
1
far.az

2Sources