EN

INPEX: Azərbaycanda yeni layihələrdə iştirak potensialı görürük

BAKI, 2 iyun. TELEQRAF

Biz Azərbaycanı yalnız irimiqyaslı enerji resurslarına malik ölkə kimi deyil, həm də böyük inkişaf potensialına sahib tərəfdaş kimi görürük.

Teleqraf xəbər verir ki, bu barədə INPEX şirkətinin Baş vitse-prezidenti Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru Munehiro Hosono Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan paneldə deyib.

O xatırladıb ki, INPEX 2003-cü ildən etibarən AÇG (Azəri–Çıraq–Günəşli) layihəsinin tərəfdaşıdır və layihədə təxminən 10 %-lik paya malikdir:

“AÇG uzunmüddətli hasilat tarixinə malik, özünü təsdiqləmiş bir aktivdir. Layihə həyat dövrünün daha yetkin mərhələsinə keçdikcə, biz intizamlı idarəetmənin, resurslardan səmərəli istifadənin və əməliyyat mükəmməlliyinin əhəmiyyətini daha yaxşı anlayırıq.

Bu layihədə iştirakımız sayəsində INPEX inkişaf edib və dayanıqlı enerji təminatına töhfə verməyə davam edir.

AÇG layihəsi şirkətimiz üçün vacib aktiv olaraq qalır. Bundan da önəmlisi, bu layihə Azərbaycandakı tərəfdaşlarımızla –SOCAR, birgə müəssisə tərəfdaşları və Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli etimadın təməlidir.

Hesab edirik ki, qaz yataqlarının işlənməsi, dənizdə layihələrin icrası və karbonun tutulması və saxlanılması (CCS) kimi praktik aşağıkarbonlu həllər sahəsində malik olduğumuz güclü tərəflər Azərbaycana real dəyər qata bilər”.

O qeyd edib ki, INPEX Azərbaycanda yeni layihələrdə iştirak etməklə əməkdaşlığı daha da genişləndirmək potensialı görür:

“Xüsusilə mövcud yataqlarda qaz hasilatının artırılması və səmərəliliyi yüksəldən, uzunmüddətli dayanıqlılığı təmin edən texnologiyaların tətbiqi istiqamətində imkanlar mövcuddur.

INPEX real və məsuliyyətli enerji keçidinin təşviqinə sadiqdir. Azərbaycanla tərəfdaşlığımıza böyük dəyər veririk və uzunmüddətli, dayanıqlı inkişaf naminə bu əlaqələri daha da dərinləşdirmək niyyətindəyik”.

Chosen
39
teleqraf.com

1Sources