EN

31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 2-ci gününə start verildi

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin ikinci gününə start verilib.

Bizim.Media xəbər verir ki, ötən gün sərginin açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Daha sonra sərgidə müxtəlif mövzularda panel sessiyaları keçirilib.

Sərginin ikinci günü də görüşlər və panel sessiyaları ilə davam edəcək.

Saat 10:00-dan 18:00-a qədər davam edəcək tədbirdə ikitərəfli biznes görüşləri, "Cənub Qaz Dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq", "Neft və qaz yataqlarının inkişafı üçün yeni layihələr: Müasir texnologiyaların tətbiqi", "Nəqliyyat dəhlizlərinin inkişafı: Şimal-Cənub və Orta Dəhliz", "Risklərin müəyyənləşdirilməsindən hadisələrin qarşısının alınmasınadək - Praktiki SƏTƏM vasitələri", "Ağıllı boru kəmərləri: İnfrastrukturda rəqəmsal inqilab" mövzularında panel müzakirələri təşkil olunacaq.

Bizim.Media

Chosen
29
bizim.media

1Sources