EN

44 və 60 yaşda bədəndə nələr dəyişir? Yeni tədqiqatın nəticələri

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı alimlər insan həyatında bioloji saatın qəfil sürətlənərək toxumaların və maddələr mübadiləsinin daha sürətlə zəifləməsinə səbəb olduğu iki mühüm yaş həddini müəyyən ediblər.

Əksəriyyətimiz qocalmanın tədricən baş verdiyini düşünürük.

Ölkə.az xəbər verir ki, lakin ABŞ-nin Stanford Universiteti Tibb Məktəbi alimlərinin "Nature Aging" jurnalında dərc olunan araşdırması bu təsəvvürü şübhə altına alır. Tədqiqatın nəticələrinə görə, orqanizm bərabər şəkildə deyil, müəyyən yaş dövrlərində kəskin dəyişikliklərlə qocalır.

Alimlər insan orqanizmindəki 135 mindən çox molekul və mikroorqanizmi təhlil edərək müəyyən ediblər ki, qocalma prosesində iki əsas dönüş nöqtəsi var. Bu dəyişikliklər əsasən 44 və 60 yaşlarda özünü göstərir.

İlk mərhələ: 44 yaş böhranı

Bir çox insan bu yaşda yaşanan narahatlıqları orta yaş böhranı ilə əlaqələndirsə də, tədqiqatçılar bunun daha dərin bioloji səbəbləri olduğunu bildirirlər.

Araşdırmaya görə, təxminən 44 yaşda orqanizmdə lipid (yağ) mübadiləsi ilə bağlı ciddi dəyişikliklər başlayır. Bu dövrdə dəri elastikliyini, əzələlər isə tonusunu tədricən itirməyə başlayır.

Molekulyar səviyyədə maddələr mübadiləsi zəifləyir və orqanizm zərərli vərdişlərə qarşı daha həssas olur. Gənc yaşlarda ciddi təsir göstərməyən yuxusuzluq və ya qeyri-sağlam qidalanma bu dövrdən sonra sağlamlığa daha çox təsir edə bilər.

İkinci mərhələ: 60 yaş həddi

Alimlərin fikrincə, 60 yaşdan sonra dəyişikliklər daha nəzərəçarpan xarakter alır.

Bu yaşda karbohidrat və kofein mübadiləsində əhəmiyyətli dəyişikliklər baş verir. Eyni zamanda böyrəklərin fəaliyyəti və immun sisteminin tənzimlənməsi ilə bağlı göstəricilər də zəifləməyə başlayır.

Məhz bu dövrdə orqanizmin müdafiə mexanizmləri əvvəlki qədər effektiv işləmir və xroniki xəstəliklərin yaranma riski artır.

Bioloji saatı yavaşlatmaq mümkündürmü?

Mütəxəssislər hesab edirlər ki, bu kritik yaş dövrləri barədə məlumatlı olmaq insanlara əvvəlcədən tədbir görmək imkanı yaradır.

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və zərərli vərdişlərdən uzaq durmaq qocalma prosesinin təsirlərini azaltmağa kömək edə bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
olke.az

2Sources