EN

Bakıda gənc oğlanı qatar vurdu

Bakıda gənc oğlanı qatar vurub.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə ötən gün saat 11:13-də Nərimanov-Böyükşor sahəsində baş verib. Hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəfil adam çıxıb.

 

Maşinist tərəfindən təcilli tormozlama həyata keçirilsə də, məsafə az olduğundan qəza qaçılmaz olub.

Nəticədə ağır xəsarətlər alan 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev ölüb.

Tarix: 2 İyun 2026, 10:30   
Chosen
32
1
pravda.az

2Sources