Konfransın məqsədi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsinin inkişafındakı müstəsna xidmətlərini, bu ideologiyanın dövlətçilik ənənələri və mənəvi dəyərlərin qorunmasındakı rolunun təbliğidir. Eyni zamanda, konfransda azərbaycançılıq ideologiyasının müasir dövrdə üzləşdiyi yeni çağırışlar, qloballaşma prosesləri və informasiya texnologiyalarının inkişafı şəraitində mənəvi irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunacaqdır.
Tədbir çərçivəsində "Azərbaycançılıq məfkurəsi: milli birliyin əsası kimi" və "Ənənə, din və milli kimlik" mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.