Basid Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun, Xok kəndində anadan olub. O, 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
QHT.az xəbər verir ki, 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ-nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Basit Rüstəmov ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə ”medalları ilə təltif edilib.