Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Oionomu mayın 23-də Yunanıstanın Yanina şəhərinin mərkəzi küçəsində idarə etdiyi motosikleti geriyə dönmə əməliyyatı yerinə yetirən yük avtomobilinə çırpıb. Futbolçu dərhal baş nahiyəsinin ağır xəsarətləri ilə xəstəxanaya çatdırılıb və bir neçə gün sonra reanimasiyada dünyasını dəyişib.