EN

İrandan Rusiyaya aparılan yükdən 22 kq-dan çox narkotik tapıldı

Astarada külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Day.Az-a verilən məlumata görə, "Cənub-Astara" gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlanılıb.

Bildirilib ki, baxış zamanı yükdə şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəri kahı ilə örtülmüş 191 bağlamadan xalis çəkisi 22 kiloqram 565 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
36
day.az

10Sources