EN

“Opta” superkompüteri Dünya Kubokunun favoritlərini açıqladı


“Opta” superkompüteri Dünya Kubokunun favoritlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta” analitik şirkəti rəsmi saytında məlumat dərc edib.
Məlumata görə, İspaniya milli komandası 16,1%-lə siyahıda ilk yerdə qərarlaşıb.
Fransa milli komandası 13%-lə siyahıda ikinci olub. İlk üçlüyü 11,2 %-lə İngiltərə mili komandası tamamlayıb.
Ev sahiblərindən heç biri (ABŞ, Meksika və Kanada) ilk onluqda yer almayıb.
Siyahını təqdim edirik:
1. İspaniya - 16.1%.
2. Fransa - 13%.
3. İngiltərə - 11.2%.
4. Argentina - 10.4%.
5. Portuqaliya - 7%.
6. Braziliya - 6.6%.
7. Almaniya - 5.1%.
8. Niderland - 3.6%.
9. Norveç - 3.5%.
10. Belçika - 2.4%.


Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək və komandalar hər biri dörd komandadan ibarət 12 qrupda mübarizə aparacaq.
Chosen
43
1
yeniavaz.com

2Sources