EN

Yeni fəlakət: 13 nəfər hantavirusa yoluxdu, 3-ü öldü

May ayında 28 ölkədən təxminən 150 sərnişin və ekipaj üzvünü daşıyan" MV Hondius" kruiz gəmisində qeydə alınan sirli xəstəliyin hantavirus olduğu müəyyən edilib.

News365.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində gəmidə 13 hantavirus yoluxması təsdiqlənib. Yoluxanlardan üç nəfər həyatını itirib.

Məlumata görə, virusun Argentinada yoluxmuş gəmiricilərlə təmasda olan iki sərnişin vasitəsilə yayıldığı ehtimal edilir.

Ölənlər arasında Niderlanddan olan bir cütlük və Almaniya vətəndaşı yer alır.

Bundan başqa, vəziyyəti ağırlaşan Böyük Britaniya vətəndaşı reanimasiya şöbəsinə yerləşdirilib. Gəmidəki digər sərnişinlər isə ehtiyat tədbiri olaraq müxtəlif limanlarda təxliyə edilərək karantinə alınıblar.

Qeyd edək ki, hantavirus əsasən yoluxmuş gəmiricilərin sidiyi, nəcis və ya tüpürcəyi ilə təmas nəticəsində insanlara keçən virus infeksiyasıdır. Xəstəlik ağır hallarda tənəffüs çatışmazlığına və ölümə səbəb ola bilər.

News365.az 

Chosen
23
news365.az

1Sources