EN

Rusiya Kiyevə və digər şəhərlərə raket və dronlarla zərbələr endirdi:ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə, Dneprə və digər şəhərlərə genişmiqyaslı hava hücumları təşkil edib.

 

Senzor.az Ukrayna mediasına istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Kiyev şəhər hərbi administrasiyasının indiyə olan məlumatına görə, iyunun 2-də Kiyevə edilən hücum nəticəsində 3 nəfər həlak olub, daha 65 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.

 

Öz növbəsində, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Rusiyanın Dneprə endirdiyi zərbələr nəticəsində 6 nəfərin həlak olduğunu, daha 36 nəfərin yaralandığını bildirib.

 

Məlumatlarda digər bölgələrin də ciddi hücuma məruz qaldığı bildirilir.


Chosen
20
senzor.az

1Sources