EN

Ötən gecə Ukrayna bu silahlarla vurulub Siyahı açıqlandı, qurbanların sayı artır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, ötən gecə Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket və PUA hücumu həyata keçirib. Əsasən mülki obyektlərə, yaşayış binalarına böyük ziyan dəyib, xeyli sayda ölən vəyaralananlar var. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın istifadə etdiyi silahların siyahısını açıqlayıb. Açıqlamada deyilir ki, zərbələrin əsas hədəfi Kiyev olub. Dnepr, Xarkov, Zaporojye, Poltava və digər bölgələrə də hücum edilib. 

Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə ümumilikdə 73 raket və 656 müxtəlif tipli PUA atıb:

8 ədəd “3M22 Sirkon” raketi (işğal olunmuş Krım və Rusiya Federasiyasının Kursk vilayətindən buraxılıb);

33 “İsgəndər-M” ballistik raketi (Bryansk, Kursk və Rostov vilayətlərindən, eləcə də işğal olunmuş Krımdan buraxılıb);

27 “X-101” qanadlı raketi (Rusiya Federasiyasının Voloqda vilayətindən buraxılıb);

5 “Kalibr” qanadlı raketi (Xəzər dənizindən buraxılıb);

656 “Şahed”, “Gerbera” və digər hücum PUA-ları.

Hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron müharibə bölmələri, pilotsuz uçuş aparatları və mobil atəş qrupları tərəfindən tam olmasa da dəf edilib. Səhər saat 10:30-a olan məlumata görə, hava hücumundan müdafiə qüvvələri 642 hədəfi - 40 raketi və 602 müxtəlif tipli PUA-nı vurub və ya kursundan yayındırıb:

11 “İsgəndər-M” ballistik raketi;

26 “X-101” qanadlı raketi;

3 “Kalibr” qanadlı raketi;

602 müxtəlif tipli PUA.

30 ballistik raket, 3 qanadlı raket və 33 hücum PUA-sının zərbələri qeydə alınıb. 

Son məlumatlara görə, Dneprdə 6 nəfər, Kiyevdə 4 nəfər həlak olub. 100-dən çox yaralı var. Qurbanların sayı artmaqda davam edir. 

Zərbələrdən sonra Kiyevin üzərini tüstü dumanı bürüyüb, paytaxtın bir sıra küçələri nəqliyyatın hərəkəti üçün bağlanıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
azpolitika.info

1Sources