Həmin vaxt PFI-in prezidenti Ramin Musayev idi. Bu məsələ haqda o nə fikirləşir? Musayevin “Futbol+”ə açıqlaması:
“O vaxt “Turan Tovuz”un heç bir günahı yox idi. AFFA yoxlama apardı, gördü ki, “Turan Tovuz” günahsızdı. 7 futbolçu iştirak etmişdi, bunun klubla əlaqəsi yox idi. Sonra bilmirəm heç onların axırı nə oldu. Buna görə 2019-cu ildə klubun 1-ci liqaya gəlməsinə qadağa qoyuldu. Cəza verilib də, bundan sonra daha nə istəyirlər? Hər cinayətə görə cəza bir dəfə verilir. Haqq-ədalət yerini tapmalıdı, “Turan Tovuz” ölkəmizi avrokuboklarda təmsil etməlidi”.
MÜZƏFFƏR QULUZADƏ