EN

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb » AzadMedia.az


Səyyar ASAN xidmət avtobuslarının iyun ayında fəaliyyət göstərəcəyi ünvanlar müəyyənləşib.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, səyyar xidmətlər iyunun 2-25-də Daşkəsən, Şabran, Hacıqabul, Astara, Tərtər, Ağsu, Yevlax və Xırdalan şəhərlərində göstəriləcək.

İyunun 16-25-də isə Bakı şəhərinin Mərdəkan qəsəbəsində səyyar xidmətlər olacaq.

Qeyd edək ki, Səyyar ASAN xidmət avtobusları həftənin iş günləri saat 10:00-dan 17:00-dək xidmət göstərir.

Ağsu şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.
Chosen
33
5
azadmedia.az

5Sources