EN

“Qiyamət buzlağı”nın əriməsi 6 ölkə üçün ciddi risk yarada bilər » AzadMedia.az

“Qiyamət


Antarktidada yerləşən Tveyts buzlağının mümkün dağılması dünya okean səviyyəsini kəskin yüksəldə və bir sıra ölkələrdə ciddi fəsadlara səbəb ola bilər. Daily Express-in məlumatına görə, ən böyük risk altında Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adaları dayanır.

Tveyts buzlağı Qərbi Antarktika buz qalxanının əsas “dayaq nöqtəsi” hesab olunur. Alimlər bildirirlər ki, onun çökməsi dəniz səviyyəsini təxminən 3,3 metr artıraraq sahilyanı şəhərlər və kiçik ada dövlətləri üçün ciddi təhlükə yarada bilər.

Mütəxəssislər bu prosesi qlobal iqlim dəyişikliklərinin ən kritik potensial ssenarilərindən biri kimi qiymətləndirirlər.

Chosen
29
1
azadmedia.az

2Sources