EN

“Uzun müddətdir yarışmırdım, ona görə ABŞ də güləşməyə qərar verdim” Hacı Əliyevin ə AÇIQLAMASI

ain.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın sərbəst güləş üzrə dəfələrlə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı olan Hacı Əliyev idman karyerasını başa vurduqdan sonra ilk dəfə rəsmi qarşılaşmaya çıxmağa hazırlaşır. ABŞ-nin peşəkar sərbəst güləş liqası RAF (Real American Freestyle) çərçivəsində idmançı Puerto-Riko təmsilçisi Sebastyan Rivera ilə üz-üzə gələcək.

Hacı Əliyev İdman.Biz-ə açıqlamasında qarşılaşmaya hazırlıq prosesindən danışıb:

“Demək olar ki, iki ildir böyük arenalarda çıxış etmirdim. Böyük bir təşkilatdan dəvət gəldi və bunu qəbul etdim. Hazırda milli komandanın üzvləri ilə birlikdə məşq edirəm. Mən onlara kömək edirəm, onlar da mənə. Düşünürəm ki, hazırlıq səviyyəm yaxşıdır. Amma rəqib çox güclüdür, son Olimpiya Oyunlarının mükafatçısıdır. Daha əvvəl onunla qarşılaşmamışam. Öz tərəfimdən azarkeşlərə maraqlı güləş nümayiş etdirmək üçün əlimdən gələni edəcəyəmə inanıram, bunun öhdəsindən gələcəyəm”.

Əliyev bildirib ki, RAF liqası baxımlılığı ilə ənənəvi güləş yarışlarından fərqlənsə də, qaydalar eyni qalır.

Titullu güləşçi MMA karyerası barədə düşünmədiyini də vurğulayıb:

“Xeyr, MMA barədə düşünmürəm. Döyüş növləri ilə məşğul olmaq istəsəydim, buna çox əvvəl başlamalı idim. Artıq 35 yaşım var. Bu idman növü üçün kifayət qədər böyük yaşdır. Ona görə də hesab edirəm ki, MMA mənim üçün gecdir”.

Qeyd edək ki, Hacı Əliyev ötən gün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirdə də iştirak edib. O, bu münasibətlə uşaqları təbrik edib:

“Bütün uşaqları bayram münasibətilə təbrik edirəm. Onlar bizim gələcəyimizdir. Biz həmişə onları qorumalı, müdafiə etməli və çalışmalıyıq ki, uşaqlarımız sağlam böyüsünlər, idmanla məşğul olsunlar”, - deyə H.Əliyev əlavə edib.

Leyla Eminova

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources