Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara İbrahimzadə təyin olunub.
Modern.az tibb qurumunun yeni media siması barədə kiçik araşdırma aparıb.
Zara İbrahimzadə son təyinatına qədər “PAŞA Bank” ASC-nin Baş İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. O bu posta bu il yanvarın 10-da təyin olunmuşdu. Z.İbrahimzadə 2023-cü ilin fevralından etibarən isə sözügedən bankın Marketinq departamentinin direktoru vəzifəsində çalışırdı.
O, bundan əvvəl ABB-nin Marketinq departamentinin direktoru olub. Bu vəzifəyə 2020-ci ilin dekabrında təyin edilən Z.İbrahimzadə 2023-cü ilin yanvarında bankdan ayrılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Televiziya prodüserliyi ixtisası üzrə magistr təhsili alan Z.İbrahimzadə, həmçinin ABŞ-nin Corc Meyson Universitetinin (George Mason University) məzunudur. Yeni departament rəhbəri son 15 il ərzində Türkiyədə fəaliyyət göstərib.
Peşəkar karyerası ərzində o, “LUKOIL Türkiyə”, “Akkuyu Nükleer” və "SOCAR Türkiyə" kimi iri şirkətlərdə çalışaraq müxtəlif irimiqyaslı marketinq və PR layihələrinə rəhbərlik edib.
Töhfə Səməd
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.