EN

“İxrac icmalı”nın may sayı dərc olunub

üzrə may sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.

2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon ABŞ dolları) ikinci, mis filizləri (87,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (35,89 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (35.83 milyon ABŞ dolları)  ikinci, tomat (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-aprel aylarında Rusiya Federasiyasına 306,6 milyon ABŞ dolları, Türkiyəyə 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin aprel ayında Rusiya Federasiyasına 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları, Ukrayna 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2026-cı ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "AGRARCO" MMC, "Baku Steel Company" QSC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.

2026-cı ilin yanvar - aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 8,7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri ixrac edib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 64%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 milyon ABŞ dolları ilə Lüksemburq, 381,1 min ABŞ dolları ilə Türkiyə, 370 min ABŞ dolları ilə Pakistan, 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

Chosen
19
3
ikisahil.az

4Sources