EN

Tarkan pulsuz konsert verəcək

Tarkan pulsuz konsert verəcəkTürkiyənin məşhur müğənnisi Tarkan pərəstişkarlarını sevindirəcək xəbərlə gündəmə gəlib. Sənətçinin iyunun 5-də Ankarada böyük konsert proqramı ilə çıxış edəcəyi açıqlanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, konsert çərçivəsində məhdud sayda pulsuz bilet də tamaşaçılara təqdim olunacaq. Bu xəbər Tarkanın pərəstişkarları arasında böyük maraq və sevinc yaradıb.

Təşkilatçılar konsertə qatılmaq istəyənlərə biletlərlə bağlı elanları diqqətlə izləməyi tövsiyə ediblər. Gözlənilir ki, sənətçinin səhnə alacağı tədbirə minlərlə musiqisevər qatılacaq.

Qeyd edək ki, Tarkan Türkiyə musiqisinin ən tanınmış simalarından biri hesab olunur və onun konsertləri hər zaman böyük tamaşaçı kütləsi tərəfindən izlənilir.

Chosen
59
sonxeber.az

1Sources