EN

“PAŞA Bank”dan TƏBİB-ə transfer

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib.

Zara İbrahimzadə 2026-ci ilin yanvar ayından may ayına kimi “PAŞA Bank”ın Baş icraçı direktorunun müşaviri olub.

Z.İbrahimzadə 2023-cü ilin fevral ayından 2026-cı ilin yanvar ayına kimi “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub.

O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarında vəzifəsindən ayrılmışdır.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

Chosen
66
18
banker.az

10Sources