ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Müğənni Nuran ikinci dəfə Xalq artisti Eldar Mansurovun yaradıcılığına müraciət edib.
Moderator.az xəbər verir ki, sənətçi bəstəkarın Opera Studiyasında keçirilən yaradıcılıq gecəsində “Dilbərim” mahnısını ilk dəfə səsləndirib.
İfa qısa zamanda sosial şəbəkələrdə trend olub, çox sayda istifadəçi tərəfindən paylaşılıb.
Müğənni sözügedən ifanı videoçarxla dinləyicilərinin ixtiyarına verib.
Qeyd edək ki, mahnının sözləri Pənah Rüstəmə məxsusdur. İlk ifaçısı Xalq artisti Ağadadaş Ağayev olub, layihənin musiqi prodüseri və Nuranın vokal koçu Elçin Cəfərovdur. İfanın aranjeman və miks-masterinqi Dahinlə Rasim Əsgərova məxsusdur.
Videoçarxın müəllifi Zaur Cavadovdur.
Klipdəki geyimlər beynəlxalq podiumlarda kifayət qədər populyarlıq qazanan “AJEMİ” brendi tərəfindən hazırlanıb.
Xatırladaq ki, Nuran daha öncə Eldar Mansurovun əsərlərindən “Ay yalançı”nı ifa etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.