“Qəbələ” iki futbolçusu ilə yolları ayırıb.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar.
“Qəbələ” futbolçulara göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.