EN

Dünya Seriyasının II mərhələsində 2 medal

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi baş tutub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 80 kiloqramda ölkəmizi təmsil edən iki güləşçimiz fəxri kürsüyə qalxıb.

Sahib Dadaşov gümüş, Vüsal Əliyev isə bürünc medal qazanıb.

İslam İlyasov (+90 kq) dördüncü, Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
xalqqazeti.az

10Sources