ain.az, Unikal.az portalına istinadən məlumat verir.
İsveçrəli bir qadın Almaniyadakı tətilindən 55 çamadanla qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.
Qeyd olunub ki, bu, gömrük işçiləri arasında ajiotaj yaradıb. Belə ki, qadın öz mikroavtobusu ilə Tayngen kommunası yaxınlığında iki ölkə arasındakı sərhədi keçib.
Gömrük işçiləri turistin 55 çamadanının hər birini rentgen aparatından keçirərək diqqətlə yoxlamağa məcbur olublar. Yoxlama zamanı İsveçrəyə idxalı qadağan olunmuş heç bir mal tapılmayıb. Baqajda yalnız səyahətçinin şəxsi əşyaları olub.
"Bild" yazır ki, istənilən İsveçrə sakini ölkəyə limitsiz sayda əşyanı rüsumsuz idxal edə bilər.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.