Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Demokrat.az
10Sources
-
veteninfo.azBəzi yerlərdə yağış yağacaq ( 29163772)
-
marja.azİyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb ( 29163559)
-
musavat.comSabahın hava proqnozu açıqlandı ( 29163472)
-
manset.azBu ərazilərdə yağış yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu ( 29163289)
-
metbuat.azİyunun 4-də havanın temperaturu dəyişəcək ( 29163238)
-
azertag.azSabahın hava proqnozu açıqlanıb ( 29162974)
-
azpost.infoSabaha olan hava proqnozu ( 29162827)
-
yenisabah.azHava proqnozu ( 29162674)
-
xalqqazeti.azGecə və səhər qısamüddətli yağış... ( 29161024)
-
ekologiya.azBəzi yerlərdə yağış yağacaq ( 29158369)