EN

Ermənistan hakimiyyəti “Kreml desantı”nı həbslə hədələyib

Ermənistanda seçkilərə müdaxilə və rüşvət iddiaları ilə Rusiyadan gələn şəxslərə qarşı sərt tədbirlər elan olunur...

Poliqon xəbər verir ki, Ermənistan parlamentnin sədr müavini Ruben Rubinyan ölkəyə Rusiyadan seçki prosesinə müdaxilə və seçici rüşvəti ilə əlaqəli şəxslərin gəlişi ilə bağlı sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, bu cür fəaliyyətlərdə iştirak etmək məqsədilə Ermənistana gələn şəxslər artıq saxlanılır və uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə üzləşəcəklər.

Rubinyan bildirib ki, “Rusiyadan seçki rüşvəti ilə əlaqəli şəkildə gələn şəxslər artıq həbs olunur və yaxın 7 ili həbsxanada keçirəcəklər”. O, bu addımların ölkənin seçki prosesinin şəffaflığını qorumaq və xarici müdaxilələrin qarşısını almaq məqsədi daşıdığını vurğulayıb.

Ermənistan rəsmiləri son aylarda seçki prosesinə mümkün xarici təsir və təşkilatlanmış müdaxilə risklərinə qarşı nəzarət tədbirlərini gücləndirdiklərini bildirirlər. Bu çərçivədə hüquq-mühafizə orqanlarının da daha aktiv şəkildə fəaliyyət göstərdiyi qeyd olunur.

Bəyanat regionda Rusiya ilə münasibətlər fonunda siyasi gərginliyin artdığı bir dövrdə səsləndirilib və Ermənistan daxilində seçki təhlükəsizliyi ilə bağlı müzakirələri daha da intensivləşdirib.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources