"Şamaxı" klubuna yeni baş məşqçi təyin olunub.1news.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu posta Azər Bağırov gətirilib. Onunla 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Azər Bağırov bir neçə gün öncə "Kəpəz"in baş məşqçisi postundan istefa verib.