"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının və uğurlu əməkdaşlığının daha bir göstəricisidir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ dəmir yolu xəttinin rəsmi istismara verilmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BTQ xətti 2017-ci ildən test rejimində fəaliyyət göstərirdi və daşınan yüklərin həcmi ildən ilə artırdı.
Kobaxidze qeyd edib ki, BTQ-nın istismara verilməsi ilə
Orta Dəhlizin rəqabətliliyi daha da artacaq.