EN

Uhan şəhərində hava çirkliliyi narahatlıq doğurur

Çinin Uhan şəhəri hazırda yüksək hava çirkliliyi səviyyəsi ilə diqqət çəkir. Mövcud vəziyyət xüsusilə uşaqlar, yaşlı insanlar, həmçinin tənəffüs və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi sağlamlıq riskləri yaradır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislərin fikrincə, şəhərdə hava çirkliliyinin əsas səbəbləri kömür yanması, sürətlə artan nəqliyyat vasitələrinin yaratdığı tullantılar və ağır sənaye müəssisələri ilə polad istehsalı sektorundan atmosferə buraxılan zərərli qazlardır.

Aparılan araşdırmalar göstərir ki, Uhan şəhərində PM2.5 hissəciklərinin yaranmasına yeddi əsas mənbə təsir edir. Bunlar kömür yanması, nəqliyyat vasitələrinin tullantıları, ikinci dərəcəli qeyri-üzvi aerozollar, sənaye prosesləri, yol tozu, biokütlənin yandırılması və atəşfəşanlıq fəaliyyətləridir.

Tədqiqatlara əsasən, kömür yanması və nəqliyyat vasitələrinin tullantıları il ərzində hava çirkliliyinə ən çox təsir edən mənbələr olaraq qalır. Ekspertlər havanın keyfiyyətinin yaxşılaşdırılması üçün emissiyaların azaldılması və ekoloji tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.

Lətifə Abdıyeva

Chosen
19
1
sia.az

2Sources