Demokrat.az “Report”a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyənin yüksəkvəzifəli rəsmilərinin, həmçinin dəmir yolu və liman administrasiyalarının rəhbərləri iştirak edir.
Tədbir proqramına əsasən, qonaqların qarşılanmasından sonra rəsmi açılış mərasimi başlayacaq. Mərasimdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu çıxış edəcəklər.
Çıxışlardan sonra BTQ-nin simvolik istifadəyə verilməsi mərasimi keçiriləcək və layihəyə həsr olunmuş videoçarx nümayiş etdiriləcək.
BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
10Sources
-
qafqazinfo.azBTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir Foto ( 29143627)
-
busaat.azBTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir – Foto ( 29136868)
-
far.azBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilib ( 29135020)
-
moderator.azBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilir - FOTO ( 29134846)
-
qaziler.azBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilir - FOTO ( 29134231)
-
demokrat.azBTQ dəmir yolu xəttinin rəsmi açılışı keçirilir ( 29134204)
-
aznews.azBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilir ( 29133952)
-
bizim.mediaBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra açılış mərasimi keçirilir – FOTO ( 29133628)
-
olke.azBTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilir ( 29133490)
-
anspress.comBTQ-nin modernləşdirilmədən sonra rəsmi açılışı keçirilir ( 29133415)