EN

“Qiyamət buzlağı”: Ərisə altı ölkə su altında qala bilər


Antarktidanın “Qiyamət buzlağı” kimi tanınan Tueyts buzlağının parçalanması nəticəsində altı ölkə ciddi zərər görə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, dəniz səviyyəsinin yüksəlməsinin ən ağır nəticələri Böyük Britaniya, Hollandiya, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adalarına təsir göstərə bilər. Bəzi hallarda ayrı-ayrı şəhərlər, hətta bütöv adalar su altında qala bilər.
Belə ki, Tueyts buzlağı Qərbi Antarktika buz təbəqəsinin əsas komponentlərindən biridir. Amundsen dənizində yerləşən bu buzlaq təxminən 192 000 kvadrat kilometr ərazini əhatə edir. Buzlağın okean sərhədi təxminən 120 kilometrə çatır. Bu isə dünyada mövcud olan bütün buzlaqların sərhədindan daha çoxdur.
Chosen
39
1
yeniavaz.com

2Sources