Ermənistan İqtisadiyyat Nazirliyi hökumətə Ermənistan bizneslərinin məhsullarının Aİ bazarına ixracını asanlaşdırmaq üçün dəstək proqramı təqdim edib.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Hökumət bu qərarı Rusiyanın bir çox Ermənistan mallarının idxalına qoyduğu məhdudiyyətlər fonunda qəbul edib:
"Bu, tamamilə mümkündür, çünki ixrac meyvə və tərəvəzlərimiz ən yüksək sertifikatlardan biri olan “Global Gap”aa malikdir. Başqa sözlə, onlar Avropa supermarketlərinə layiqdir. Lakin nəqliyyat kimi digər xərclər var. Sizə bir nümunə göstərim. Çiyələyi Avropadakı kimi eyni texnologiyalardan, metodlardan və eyni istixanalarda yetişdiririk.
Fərq nədir? Fərq ondadır ki, məsələn, fransız fermer hollandiyalı fermerdən şitil alır, onu 200 kilometrə nəql edir, əkir, sonra çiyələyi daha 200 kilometrə nəql edib satır. Xərc maksimum 500 dollar ola bilər. Bizim vəziyyətdə şitilləri buraya göndərmək üçün 8000 dollar, daha sonra çiyələyi Avropaya göndərmək üçün daha 8000 dollar, üstəgəl 8,8-14 faiz gömrük rüsumları ödəməliyik.
Bir vaxtlar deyilirdi ki, meyvə-tərəvəzlərimiz yalnız Rusiyaya getdiyi üçün Aİİ-ə qoşuluruq. Artıq belə deyil, məhsulumuz Aİ-də ən yüksək standartlara cavab verir. Bu gün hökumətə bu məsələ ilə bağlı kompensasiya proqramı təqdim etdik. Kənd təsərrüfatı ixracatçılarımıza Avropa bazarında rəqabətli qiymətlər təklif edə bilmələri üçün subsidiyalar verəcəyik”.
Nazir vurğulayıb ki, hökumət bizneslərin zərər görməməsini təmin etmək üçün bu dəstək proqramına xeyli miqdarda pul xərcləmək niyyətindədir.
"Biz çox əhəmiyyətli dəstək göstərəcəyik. Hər bir məhsul kateqoriyası üçün kompensasiya xərclərini hesabladıq. "Məsələn, ilin sonuna qədər güllər üçün 5,5 milyon dollar, pomidor üçün 3,5 milyon dollar və bibər üçün 3,5 milyon dollar olacaq".
Ermənistan bizneslərinin hansı Aİ ölkələrinə ixrac edə biləcəyi ilə bağlı suala Papoyan belə cavab verib:
"Yunanıstandan Almaniyaya qədər bütün Avropa ölkələrinə”.
"Cebheinfo.az"