EN

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşıb

Bakı, 2 iyun, AZƏRTAC

Niderlandın “Ayaks” komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə ispaniyalı Miçel Sançes gətirilib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

50 yaşlı çalışdırıcı ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Miçel Sançes son olaraq ölkəsində “Jirona”ya rəhbərlik edib. Komanda onun başçılığı altında II Liqaya düşüb.

Chosen
27
2
azertag.az

3Sources