Bərdə rayonunda bir sıra yaşayış məntəqələrinin qaz təchizatında fasilə yaranacaq.
AzNews.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 5-də saat 11:00-dan etibarən işlər başa çatanadək Bərdənin 18 kəndi və iki qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.