EN

“Əl-İttihad” baş məşqçini göndərdi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Serjiu Konseysau ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı portuqaliyalı mütəxəssis 2025-ci ilin oktyabr ayından komandanı çalışdırırdı. Onun rəhbərliyi altında “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatını 5-ci pillədə başa vurub, Kral Kubokunda yarımfinala, Asiya Çempionlar Liqasında isə 1/4 finala yüksəlib.

Klubun yaydığı açıqlamada bildirilib ki, əməkdaşlığın dayandırılması qərarı komandanın çıxışlarının ətraflı təhlili və əldə olunan nəticələrin qiymətləndirilməsindən sonra qəbul olunub.

Chosen
43
idmanxeber.az

1Sources