EN

İslamabadda elektrik enerjisinə qənaət üçün yeni qərarlar qüvvəyə mindi

Pakistanda enerjidaşıyıcılarının qiymətlərinin artması səbəbindən paytaxt İslamabadda ticarət məntəqələrinin iş vaxtı qısaldılıb.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İslamabadda bütün bazarlar, ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yerli vaxtla saat 20:00-da bağlanacaq. Bu tədbir elektrik enerjisinə qənaət etmək məqsədi daşıyır.
Restoranlara, ərzaq mağazalarına və çörək zavodlarına saat 22:00-dək işləməyə icazə verilir.
Apteklər, xəstəxanalar, yanacaqdoldurma stansiyaları, çağrı mərkəzləri və beynəlxalq müştərilərə xidmət göstərən İT şirkətlər də daxil olmaqla zəruri xidmətlər məhdudiyyətlərdən azaddır.
Pakistan mətbuatında yer alan məlumatlara görə, İslamabadda bazarlar, adətən, gecə saatlarına qədər açıq qaldığı üçün iyunun 1-dən etibarən iş saatlarının azaldılması sahibkarlar və sakinlər tərəfindən birmənalı qarşılanmayıb.
Chosen
28
yenicag.az

1Sources